Accessibility links

Washington Post Azərbaycanda seçkilər haqda - 2003-10-22


Buş administarsiyası hazırda Amerikanın neft sərvətləri və hərbi əməkdaşlıq müqabilində rüşvətxor ərəb avtokratiyasına dözüm nümayiş etdirilməsinin səhv bir hərəkət olduğunu bildirir. Administarsiyanın bildirdiyinə görə azadlıq mövcud olmayan ölkələr Amerikanın təhlükəsizliyinə birbaşa hədədir. Lakin administarasiya Qafqaz və Orta Asiyada səhvlərini təkrar etməkdədir. Opponentlərinə divan tutan diktatorlar tərəfindən idarə edilən keçmiş Sovet respublikaları Amerikanın İraq və Əfqanıstandakı əməliyyatlarına kömək göstərməklə ABŞ-ın dəstəyini əldə etməyə çalışırlar. Demokratiyanı təbliğ etdiyini iddia edən bu administrasiya köhnə siyasətini davm etdirərək, qısamüddətli mənfəəti naminə uzunmüddətli problemlərin artmasına yol açır. Azərbaycanda Sovet dövrü qoçaqlarından olan Heydər Əliyevin açıq şəkildə saxtalaşdırılmış prezident seçkiləri yolu ilə oğlu İlham Əlieyevi hakimiyyətə gətirməsi son sınaqlardan biridir. Beynəlxalq müşahidəçilər rüşvət, döyülmə və müxalifəti dəstəkləyənlərin həbsi, güclü müxalif namizədlərinin yarışlardan kənar edilməsi daxil edilməklə, kütləvi şəkildə pozuntulara yol verildiyini bildirirlər. Rəsmi nəticələrə görə İlham Əliyev 80 faiz, onun əsas rəqibinin isə 12 faiz səs topladığı bildirilmişdir. Buna e’tiraz edən müxalifət tərəfdarları Bakı küçələrində polisin təzyiqlərinə mə’ruz qalmış, döyülmüşlər. Bazar ertəsi bunlarla bağlı sualın cavabında Dövlət Departamenti bəyanatla çıxış edərək bildirmişdir ki, dövlət katibinin müavini Riçard Armitaj İlham Əlieyevə zəng edərək, onun seçkilərdəki güclü rolunu yüksək qiymətləndirmiş, Amerikanın gələcəkdə o və Azərbaycanla yaxından əməkdaşlıq etmək arzusunda olduğunu bildirmişdir. Bala diktator və onun atası səslərin oğurlanmasındakı effektliyə görə Amerikanın yüksək vəzifəli şəxsləri tərəfindən təbrik edilmişdir. Bəyanata əsasən cənab Armitaj Azərbaycanda yol verilən zorakılıqlara öz təəssüfünü bildirmiş, lakin hökuməti günahlandırmamışdır. Sənəddə zorakılıqların mə’suliyyətini eyni dərəcədə daşıyan onlarla azərbaycanlının qəddarcasına döyüldüyü qeyd edilmişdir. Yalnız dünən daxili debatlardan sonra administrasiya seçkilərin ədalətsizliyi və son həbslərin kəskin tənqidi ilə yeni bəyanat vermişdir. Siyasi nəzəriyyəsi ilə deyil, daha çox qumarbazlığı ilə tanınan Azərbaycanın gənc lideri məsəslənin nədən ibarət olduğunu aydınlaşdırmaqda çətinlik çəkməyəcək. BP Amoko, Şevron Teksako və Exxon Mobil şirkətləri ilə əməkdaşlıq edən Azərbaycanın neft və qaz sərvətləri və ya İraqa uçan Amerika təyyarələrinə ölkənin hava məkanından istifadə etməsinə asanlıqla yol verilməsinə gəldikdə Amerika administarsiyası üçün demokratiya əhəmiyyət kəsb etmir. Cənab Əlieyvin opponentlərinin seçki mübarizəsindən anti-amerika ekstremizmi və ya terrorizmə üz tutması ilə nifrətin köklərini axtaran şərhçilər cənab Armitajın telefon zəngindən suallarına qismən cavab tapmış olacaqlar.

XS
SM
MD
LG