Accessibility links

Şimali Koreya prezident Buşun təklifini rədd edib - 2003-10-22


Şimali Koreya prezident Buşun nüvə silahları proqramının dayandırıldığı təqdirdə, Pxenyana çoxmillətli təhlükəszilik təzminatı təklifini rədd edib. Cənubi Koreyanın rəsmi xəbər agentliyinin bildirdiyinə görə bu, gülünc və diqqətə almağa belə dəyməyən təklifdir. Agentlik Pxenyanın ABŞ-ın hücum etməməklə bağlı sazişdən əlavə heç bir şərt qəbul etməyəcəyini bildirib. Qeyd edək ki, prezident Buşa Şimali Koreyanın cavabı bu gün Avstarliyada çatdırılmışdır. Amerika lideri bildirmişdir ki, Cənubi Koreya, Yaponiua, Çin və Rusiya Pxenyanın nüvə silahları proqramından əl çəkməsi ilə bağlı təzyiqlərini davam etdrəcək.

XS
SM
MD
LG