Accessibility links

Amerikalı müşahidəçi seçki zamanı pozuntuların olduğunu deyir - 2003-10-22


Şəqri Avropa Demokratiya İnstitutu ATETLƏ bir yerdə Azərbaycanda Prezident seçkilərinə müşahidə edirdi. Məlum olduğu kimi İnstitutun Azərbaycana seçkilərə nəzarət üçün göndərdiyi müşahidəçilər seçkilərdə çox ciddi pozuntuların baş verdiyini bildirərək hətda əməkdaşlıq apardıqları ATET müşahidəçilərinin rəyini belə qəbul etməmişlər. Onlar ATET-in seçkilərdən bir gün sonra buraxdığı ilkin hesabata etirazlarını bildirmişlər. Şərqi Avropa Demokratiya İnstitutunun 188 müşahidəçisi onların misiyasına imkan verən Birləşmiş Ştatlar hökumətinə, Avropa Komissiyasına, Avropa Parlamentinə bu ölkələrin hökumətlərinə və medyaya müraciət etmişlər ki, ATET-in ilkin hesabatında öz əksini tapmamış onların öz ifadələrini dinləyib, hazırladıqları sənədləri nəzərdən keçirsinlər.

Şərqi Avropa Demokratiya İnstitutunun hazırda Bakıda olan prezidenti İrina Lesoto redaksiyamıza telefonda verdiyi müsahibədə bildirdi ki, təşkilatın tərkibində seçkilərə müşahidə üçün Azərbaycana gedən ekspertlər, motinoring sahəsində xeyli təcrübəyə malikdirlər və onlar gəldikləri ölkələr olan Belerus, Kosovo, Serbiya və başqa Şərqi Avropa ölkələrində Qafqaz respublikalarında keçirilən çox çətin seçkilərdə də müşahidəçi olaraq fəaliyyət göstərmişlər. Xanım Lesoto:

Onların hamısı Azərbaycandakı saxdalaşdırmalar nəticəsində şok keçirmişlər. Milasovicin, Belerusda Lugaşenkonun idarəsi altında yaşamış adamlar bu qədər təəccüb edirlərsə onda bu seçkilərdə həddən artıq pozuntuların baş verdiyini göstərir.

Xanım Lesoto qeyd edir ki, İnstitutun müşahidəçiləri, olduqları bütün səsvermə məntəqələrində əsaslı pozuntuları müşahidə etmişlər. Belə pozuntuların siyahısına seçki protokolarının karandaşla yazılması, bir adamın birdən çoxsaylı blütenlərdən istifadə etməsi hətda bəzi seçicilərin əvvəlcədən işarə qoyulmuş blütünlərlə seçki məntəqələrinə gəlmələri də daxildir. O qeyd edir ki, çoxlu seçki protokollarının əsillərindən seçki məntəqəsində istifadə edilməmiş komissiya üzvləri polis məntəqəsinə aparılıb döyüldükdən sonra əsas protokollar onlara gücdən istifadə ilə imzalatılmışdır.

Biz Şərqi Avropa Demokratiya institutunun Prezidentinə sual verdikdi nə yə görə seçkilər barədə ATƏT-in müşahidəçiləri ilə təşkilatın müşahidəçilərin mövgəi fərqlənir. O söyləyir ki, bunun əsas səbəbi iki qrupun seçkilərdə müşahidə üçün istifadə etdikləri metoddur. Onlar müşahidə üçün seyyar metoddan istifadə eliyir, hansısa bir səsvermə məntəqəsini yarım saat müşahidə etdikdən sonra başqa bir səsvermə məntəqəsinə gedirlər. Onlar bu məntəqəən ayrıldıqdan sonra isə vəzifəli şəxslər pozuntuları həyata keçirirlər. Xanım lesota öz təşkilatının və ATETİN müşahidəçiləri arasındakı başqa bir fərqədə işarə edir:

“Başqa bir məsələ isə bundn ibarətdir ki, onların çoxsu Qərbi Avropalıdır və onlar keçmiş kommunist ölkələrdə belə seçkilərin nə şəkildə keçirildiyi haqqında o qədər də məlumata malik dəyillər. “

Xanəm Lesoto qeyd edir ki, Şərqi Avropalı müşahidəçilər sesəvermə məntəqəsində daimi olaraq qalıb hadisələrə dəqiq müşahidə etmişlər. Onlar öz ölkələrindəki təcrübələrinə görə nələrin baş verdiyini daha dəgig müəyyən edə bildirdilər. Misal üçün Belerus və Ukraynadan iki müşahidəçi bir səsvermə məntəqəsindəki vəzifəli şəxsin səsverməyə gəlməyən adamların adlarını gəlmiş kimi göstərib onların adından səs verməyə çalışdığını müəyyən etmişlər. Qərbli müşahidəçilər isə belə hadisələrə dəqiq qiymət verə bilməzdilər.

XS
SM
MD
LG