İran Beynəlxalq Atom Enerjisi agentliyinin başçısı Məhəmməd ƏlBaradeiyə ölkənin nüvə proqramı haqda tam adlandırdığı hesabatı təqdim edib. Cənab ƏlBaradei hesabata bir neçə gün ərzində qiymət veriləcəyini deyib. İranın qurumda nümayəndəsi Əli Əkbər Salehi sənədin ölkənin nüvə sahəsində bütün fəaliyyətlərini əks etdirdiyini bəyan etmişdir.