Accessibility links

Buşun Asiya səfəri başa çatdı - 2003-10-23


Asiya-Sakit okeanı regionunun 6 ölkəsində olduğu zaman prezident Buş terrorizmlə mübarizə, Şimasli Koreyanın nüvə silahı proqramı və ticarət məsələlərini müzakirə edib. Səfərinin son dayanacağı olan Avstraliyada parlamentin birgə iclasında çıxış edən zaman parlamentdə azlıq təşkil edən və İraqla müharibənin qəti əleyhdarı olan Yaşıllar partiyasının nümayəndələri Corc Buşun sözünü iki dəfə kəsmişlər. Parlamentin qarşısında isə minlərlə adam İraqa qarşı müharibədə Amerikanın əsas müttəfiqlərindən biri olan Avstraliyanın müharibədə iştirakına etiraz etmiş və cənab Buşu Amerikaya qayıtmağa çağırmışlar.

XS
SM
MD
LG