İsrail ordusu yəhudi yaşayış məntəqəsinə hücum etməyə cəhd göstərən Fələstin yaraqlılarına atəş açaraq qətlə yetiriblər. Bununla yanaşı, İsrail ordusu bildirir ki, Qəzza zolağında hərbi qüvvələrin hərəkətini izləmək məqsədi ilə fələstinlilərin istifadə etdiyi binalar da dağıdılmışdır. Dağıdılmış yerlərdən iki minə qədər fələstinli müvəqqəti olaraq təxliyyə edilmişdir. İsrail ordusunun bildirdiyinə görə, bu gün səhər əllərində silah və qumbaralar olan fələstinlilər Gaş Katif yəhudi yaşayış məntəqəsinə hücum etmək istəyərkən İsrail ordusunun güclü müqaviməti ilə rastlaşmışlar. Hərbi rəsmilər deyirlər ki, hücumçu qətlə yetirilmişdir. Bu, cümə günündən Gəzza zolağında yəhudi yaşayış məntəqəsi və keşikçilərə edilən çoxsaylı hücumlardan biridir. İsrail ordusu hücumlara bu gün Netzarim yəhudi yaşayış məntəqəsinin yaxınlığında fələstinlilərin tam inşa edilməmiş 3 çoxmərtəbəli yaşayış binasının dağıdılması ilə cavab vermişdir. İsrailin bildiridiyinə görə, fələstin yaraqlıları İsrail ordusunun fəaliyyətini izləmək üçün həmin binalardan istifadə edirdilər. Ətraf ərazilərdəki iki minə yaxın fələstinlidən əsgərlər evləri dağıdana qədər müvəqqəti olaraq evlərini tərk etmək xahiş olunub. Bu aksiya cümə günü yəhudi yaşayış məntəqəsinə daxil olan fələstinli sihalının Netzarimdə üç əsgəri qətlə yetirməsinə cavab olaraq keçirilir. Tez-tez intihar və digər terror hücumları həyata keçirən Həmas və İslamçı Cihad qrupları qətllərin mə’suliyyətini öz üzərlərinə götürürlər. Bu, iki qrupun bu yaxınlarda İsrailə qarşı birləşdiyini bildirməsindən sonra e’lan edilib. İsrail ordusu keçən həftə Fələstinin İslamçı qruplarına qarşı əməliyyata başlayaraq, Qəzza zolağında hava hücumları həyata keçirmişdir. Hücumlar zamanı hərbi və mülki şəxslər həlak olmuşdur. İsraili məhv etməyə söz verən Həmas və İslami Cihad daha zorakı hücumlar həyat keçirəcəklərini bildirmişlər.