Accessibility links

Çin Şimali Koreyanın qərarını bəyənib - 2003-10-26


ÇiÇ Şimali Koreyanın ABŞ-ın irəli sürdüyü təklifi gözdən keçirəcəyi barədə verdiyi açıqlamasını təqdir edib. Həmin təklifə əsasən ABŞ Şimali Koreyaya təhlükəsizlik zəmanəti verməlidir, əvəzində isə ölkənin nüvə silahları proqramından əl çəkməsini istəyir. Çinin xarici işlər nazirliyinin mətbuat katibi Pxenyanın müzakirələrə hazır olduğunu müsbət qiymətləndirib. Onun dediyinə görə Çin, hər bir tərəfin daha səmimi olduğunu nümayiş etdirə biləcəyinə, mövcud olan fikir ayrılıqlarını azalda biləcəyinə və dialoqu davam etdirmək üçün əlverişli şərait yaradacağına ümid bəslədiyini bildirib.

XS
SM
MD
LG