Accessibility links

Avropa xarici işlər nazirləri İranın nüvə proqramını müzakirə edirlər - 2003-10-27


Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri Brüsseldə Beynəlxalq Atom Enerjisi agentliyinin başçısı Məhəmməd ƏlBaradeilə keçirdikləri görüşdə İranın keçən həftə zənginləşdirilmiş uran proqramını dayandırmaq haqda qərarını müzakirə ediblər. Xarici işlər nazirləri Tehranda İran rəsmilərilə keçirdikləri danışıqların detallarını cənab ƏlBaradeiyə çatdırmış və İranın daha ciddi təftişə imkan vermək haqda qərarını müzakirə etmişlər. Görüşdə Avropa Birliyinin müşahidəçisi kimi iştirak edən İtaliyanın xarici işlər naziri Franko Frattini bildirmişdir ki, indi İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib-yetirməməsi haqda qərarı Məhəmməd ƏlBaradei çıxarmalıdır. Tehran zənginləşdirilmiş uran proqramını necə dayandırmaq yollarını müzakirə etdiyini, lakin hələlik proqramı dayandırmağını bildirir.

XS
SM
MD
LG