Accessibility links

Bağdadda intihar hücumlarında 34 adam həlak olub - 2003-10-27


Bu gün yerli vaxtla səhər saat 8-30 da intiharçı partlayıcılarla dolu təcili yardım maşınını Bağdadın Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətinin binasının yaxınlığında partlatmışdır. Partlayışın səsi Bağdadın bir neçə kilometrliyində eşidilmişdir. Birləşmiş Ştatların hərbi komandanlığının nümayəndəsinin bildirdiyinə görə, Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətinin işçilərinin əsas hissəsi iraqlılardan ibarətdir. Bu partlayışdan bir qədər sonra daha bir intiharçı yük maşınını polis məntəqəsi yaxınlığında partlatmışdır. Hücum nəticəsində 3 iraqlı polis zabiti və bir Amerika hərbi qulluqçusu həlak olmuşdur. Əməliyyatda 35 iraqlı yaralanmışdır. Bundan sonra Baqddadın daha bir polis məntəqəsinin yaxınlığında partlayış baş vermişdir. İraq polisi beşinci intiharçını yaralamış, beləliklə, daha bir partlayışın qarşısı alınmışdır.

Amerika generalı Mark Hertlinq yaralanan intiharçının Suriya posportu daşıdığını demişdir. Daxili İşlər nazirinin müavini Əhməd İarahimin bildirdiyinə görə, hücumlar nəticəsində 34 nəfər həlak olmuş, 224 nəfər yaralanmışdır. Bu hücumlar Ramazan ayının birinci gününə və Bağdadın Əl-Rəşid mehmanxanasının raket atəşinə tutulmasından bir gün sonraya təsadüf edir. Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyəti Bağdaddakı ofisinə edilən hücumu məhkum edib.

XS
SM
MD
LG