Accessibility links

Putin Xodorkovskini həbs edən prokurorları müdafiə edir - 2003-10-27


Rusiya prezidenti Vladimir Putin neft maqnatı Mixail Xodorkovskinin həbsindən sonra maliyyə bazarlarında göstəricilərin enməsilə əlaqədar yaranmış vəziyyətdə sakitliyə çağırıb. O habelə ölkənin ən varlı admlarından biri olan Xodorkovskini fırıldaq ittihamları ilı həbs etmiş prokurorları müdafiə edib. Cənab Putin biznes liderlərilə Xodorkovskinin həbsini müzakirə etmək fikrində olmadığını bəyan edib.

Rusiya dövlət başçısına istinad edən İnterfaks agentliyi bildirib ki, Vladimir Putin hüquq-mühafizə orqanlarının fəaliyyətini müzakirə etmək üçün görüşə ehtiyac olmadığını və orqanların Rusiya qanunları çərçivəsində fəaliyyət göstərdiyini deyib.

XS
SM
MD
LG