Accessibility links

Yasir Ərəfat Əhməd Qurianın baş nazir vəzifəsində qalmasını istəyib - 2003-10-28


Fələstin mənbələrinə əsasən, cənab Qurianın Yasir Ərəfata razılıq verəcəyi gözlənilir. Hazırda Əhməd Quria bu ayın əvvəli yaradılmış təcili kabinetə rəbərlik edir. Bununla belə, o, noyabrın 4-ü müddəti baş çatandan sonra bu vəzifədən gedə biləcəyinə işarə etmişdi. Cənab Quria əsas səbəb kimi Yasir Ərəfatla təhlükəsizlik qüvvələrinə nəzarət məsələsi ətrafında mübahisəni göstərirdi.

Fətah fraksiyasının əsas siyasi firuqları İordan çayının qərb sahilində Ramallah şəhərində keçirdikləri görüşdə yeni kabinetin təşkili ilə bağlı fikir ayırlıqlarını nizama salmağa çalışmışlar. Təhlükəsizlik qüvvələrinə nəzarət məsələsi Fələstin yaraqlı qruplarının dağıldılmasına çağıran yol xəritəsi sülh planında inkişafa nail olmaq üçün əsas faktor kimi qiymətlənidirilir. Əhməd Quria aydın şəkildə bildirmişdi ki, yaraqlılara qarşı hərbi qüvvə işlədərək açıq münaqişə getməkdənsə, onları dialoqa çağırmaq və onlarla işləmək istərdi.

XS
SM
MD
LG