Accessibility links

Daş kömür mədənində ilişib qalmış şaxtaçılar tapıldı - 2003-10-29


Rəsmi nümayəndələrin bildirdiyinə görə keçən cümə axşamı daş kömür mə’dənində ilişib qalmış mə’dən işçilərini xilasetmə dəstələri qayanı yararaq xilas etmişlər. Rəsmilərin dediyinə görə bir mə’dən işçisi ölmüş, biri itkin düşmüş, biri isə ağır vəziyyətdədir. Mə’dən işçiləri 50 metrlik qayanın yarılması ilə xilas edilmişlər. Mə’dən işçilərinin xilası haqda şad xəbəri Rusiyanın Uzaq Şərqindəki Partizansk şəhəri yaxınlığındakı mə’dəndə baş verən partlayış pozmuşdur. Rəsmilər bildirirlər ki, metan qazının yığılması ilə yaranmış partlayış beş nəfərin ölümünə səbəb olmuşdur. Qeyd edək ki, son zamanlar Rusiyada və keçmış covet respublikalarında təhlükəsizlik bərbad vəziyyətdə olduğu üçün belə hallara tez-tez təsadüf edilir.

XS
SM
MD
LG