Accessibility links

Siyasi və hərbi liderlər Əfqanıstana gedir - 2003-10-31


Dünya ölkələrinin siyasi və hərbi liderlərinin müharibədən sonra yardım məsələsinin müzakirəsi məqsədi ilə Əfqanıstana səfər etdikləri vaxt Amerikanın xüsusi təyinatlı qüvvələrinin bir əsgəri qətlə yetirilib. Birləşmiş Ştatların hərbi mənbələrinin bildirdiyinə görə xüsusi təyinatlı qüvvələrin əsgəri aldığı bir neçə yaradan həlak olub. Əfqanıstanın mərkəzi bölgəsində həyata keçirilən hücum bir əfqan əsgərinin yaralanmasına səbəb olmuşdu. Əfqanıstanda son zamanlar yol verilən zorakılıqlar beynəlxalq narahatlığı artırıb. Bü gün Yeni Zelandiyanın baş naziri Helen Klark yenidənqurma layihələrində iştirak edən yeni Zelandiyanın təhlükəszlik qüvvələrinin yerləşdiyi Bamiyan vilayətinə iki günlük səfərə başlayıb. Bundan əlavə, BMT-nin Təhlükəszlik Şurasının nümayəndə heyətinin Əfqanıstana səfəri gözlənilir. Heyət bir həftə ölkədə olub, təhlükəsizlik vəziyyəti ilə tanış olmalıdır. Əfqanıstanın xarici işlər nazirliyinin bildirdiyinə görə bu səfər beynəxalq ictimaiyyətin öhdəliklərinə təkan verə bilər. Bütün bunlarla yanaşı, NATO komandiri, Birləşmiş Ştatlar generalı Ceyms Cons da Əfqanıstandadır

XS
SM
MD
LG