Accessibility links

P.Bremer : İraqda qüvvələrin sayı artırılacaq - 2003-11-01


Birləşmiş Ştatların İraqdakı administratoru Paul Bremer terrorçulara qarşı mübarizəyə yardım məqsədi ilə mart ayına qədər İraq ordusunun sayının iki dəfə artırılacağını bildirib.Cənab Bremerin bu bəyanatı Birləşmiş Ştatların hərbi qüvvələrinin rəsmilərinin şənbə günü Mosulda bomba hücumu nəticəsində 2 Amerika əsgərinin həlak olması və ikisinin isə yaralanmasına dair xəbərləri təsdiq etdikləri vaxta təsadüf edir. Cənab Bremer deyib ki, İraq ordusunun sayınının artırılması qərarı hakimiyyətin İraq xalqına tapşırılmasını sürətləndirəcək. O, İraqda koalisiya qüvvələrinə qarşı hücumların davam edəcəyini də bildirib. Bu gün prezident Buşun İraqda əsas döyüşlərin bitdiyini elan etməsindən 6 ay keçir. Polis məntəqələri, mehmanxanalar, məktəblər və hətta məscidlərin terrorçuların hücumlarına məruz qalacağı haqqında xəbərdarlıqlar verilib.

XS
SM
MD
LG