Accessibility links

Gürcüstanda səsvermənin vaxtı uzadılıb - 2003-11-02


Gürcüstan rəsmiləri seçicilərin problemlərin olduğu haqda məlumat vermısindən sonra parlament seçkilərində səsvermənin vaxtını uzadıblar. Səsvermənin vaxtı Tbilisi və Kutaisidə uzadılıb. Ölkənin bəzi yerlərində səsvermə məntəqələrinin bağlı olduğu, səs vərəqələrinin çatışmadığı, bəzi məntəqələrinsə vaxtından əvvəl bağlandığı deyilir. Seçicilərin bir hissəsi siyahılarda adları olmadığından səs verə bilmədikləri haqda şikayət ediblər. Bugünkü seçkilərdə prezident Eduard Şevardnadze hökumətinin nümayəndələrinin əksəriyyət təşkil etdiyi parlamentdəki 235 yer uğrunda 20-dən artıq partiya və koalisiya mübarizə aparır. Seçkilərin ölkəni 1992-ci ildən idarə edən 75 yaşlı prezidentin yerini tutmağa ümid edən siyasətçilər üçün sınaq olacağı deyilir. Prezident Şevardnadzenin prezidentlik müddəti 2005-ci ildə bitir. Son rəy sorğularında hökumət tərəfdarı Gürcüstan uğrunda partiyasına ən az, səslərin 6 faizi verilmiş, müxalifətin prezident Şevardnadzenin gücünü azaldacağı göstərilmişdi.

XS
SM
MD
LG