Accessibility links

Rusiya Yaxın Şərqdə daha fəal rol oynamaq istəyir - 2003-11-03


Rusiya prezidenti Vladimir Putin Moksvanın Yaxın Şərq sülh prosesində daha fəal rol oynamaq istədiyini deyib. İsrailin baş naziri Ariyel Şaronla danışqlara başalayan Vladimir Putin qeyd edib ki, Rusiya Yaxın Şərqdə vəziyyəti çox diqqətlə izləyir. Öz növbəsində, cənab Şaron İsrailin sülh naminə güzəştlərə getməyə hazır olduğunu bildirib. Görüş zamanı Ariyel Şaronun prezident Putindən 2005-ci ildə Fələstin dövlətinin yaranmasını nəzərdə tutan “yol xəritəsi” adlı beynəlxalq sülh planı ilə bağlı BMT layihəsini geri götürməyini xahiş edəcəyi gözlənilir. Rusiya rəsmiləri layihəni keçən həftə BMT-nin Təhlükəsizilik Şurasına təqdim etmişdilər.

XS
SM
MD
LG