Accessibility links

İnsan Hüquqları Liqası seçkilərdən sonrakı repressiyalardan narahatdır - 2003-11-03


Azərbaycanda prezident seçkiləri zamanı baş vermiş pozuntularla bağlı dərin narahatlığını bildirən beynəlxalq təşkilatlarin sirasina Nyu-Yorkdakı İnsan Hüquqları üzrə Beynəlxalq Liqasıda qoşulub. Qurumun Avropa işləri üzrə kordinatoru Piter Zalmayev Amerikanın Səsinə müsahibə verib

ZALMAYEV

Bizi xüsüsi olaraq polisin nümayişçilərə qarşı həddən artıq güc tədbiq etməsi və seçkilərdən sonra müxalifətin əsas namizədinin yüzlərlə tərəfdarının həbs edilməsi narahat edir. Bura İsa Qəmbərin ev dustaqı edilməsi və onun müavinlərindən biri olan Yeni Müsavat qəzetinin redkatoru, tanınmış redaktor Rauf Arifoğlunun həbsi də daxildir. Həb olunanların bir çoxuna qarşı isə ağır maddələrlə cinayyət işi qaldırılıb.

İnsan Hüquqları üzrə Beynəlxalq Liqansı Azərbyacandan polisin özbaşınalığı və işkəncələr barədə xəbərlərin daxil olmasından da narahatdır

ZALMAYEV

Bizdə nümayişçilərə və müxalifətçilərə qarşı işkəncələrdən istifadə edilməsi barədə yoxlanılmış məlumatlar var. Biz Azərbaycan rəsmilərindən işkəncə qurbanlarının hüquqlarının bərpasını , işkəncələrə yol vermiş şəxslərin cəzalandırılmasını tələb edirik.

15 oktyabır seçkilərindən bir neçə həftə qabaq Beynəlxalq Liqanın prezidenti Skot Horton Amerika hökümətinə göndərdiyi açıq məktubunda Buş administrasiyasını Azərbaycanda azad və ədalətli seçkilərə nail olmaq üçün rəsmi Bakıya təsir etməyə çağırıb. Piter Zalmayevin sözlərinə görə seçkilərdən sonrakı günlərdə ABŞ höküməti Azərbaycanda baş verən hadisələrə adekvat reaksiya verə bilməyib.

ZALMAYEV

Seçkilərin və onun nəticələrinin saxtalaşdırıldığı aydın görünməsinə baxmayaraq biz BŞ-dan bunlara kifayyət qədər kəskin münasibətini görmədik. Biz ABŞ-ın Azərbaycan hökümətinə ciddi və real təyziq etməməsindən təəsüf edirik. İnanırıq ki, ABŞ-ın təsir etmək imkanları var və hesab edirik ki, onlardan istifadə etmək hələ də gec deyil.

XS
SM
MD
LG