Accessibility links

ABŞ Senatı prezident İlham Əliyevin legitimliyinə şübhə edir - 2003-11-04


Birləşmiş Ştatlar Senatı Azərbaycanda 15 oktyabırda keçirilmiş qalmaqallı prezident seçkiləri ilə bağlı Konqresin narahatçılığını ifadə etmək məqsədi ilə 2004-cü il Xarici əməliyyatlar qanununa düzəliş qəbul edib. Düzəlişin müəllifi Airzona ştatından respublikaçı senator Con Makeyndir. Xatırladaq ki, bu nüfuzlu senator ABŞ Senatını kommersiya, elm və nəqliyyat komitəsinin rəhbəridir.

Senatın qəbul etdiyi düzəlişdə deyilir: Beynəlxalq təşkilatlar və müşahidəçilər, o cümlədən ATƏT, Milli Demokratiya İnstitutu , Human Rights Votç hələ 15 oktyabır prezident seçkilərindən qabaq seçki prosesinin hökümət tərəfindən manipulyasiya edildiyini sənədləşdirmişdilər.

Bu təşkilatlar və Dövlət Departamenti seçki zamanı geniş yayılan pozuntular barədə, o cümlədən qutulara bülletenlərin doldurulması, seçki siyahılarına saxta əlavələrin edilməsi, müxalifət partriyalarından olan seçki komisiyalarının üzvlərinə saxta protokolların imzalamaq üçün təzyiq göstərildiyini müəyyən ediblər.

Oktyabırın 21-də dövlət departamenti öz bəyanatında seçki zamanı baş vermiş pozuntuların seçki nəticələrinin etibarlığını şübhə altına aldığı nəticəsinə gəlib.

Human Rights Votçun verdiyi xəbərə görə, seçki saxtakarlığına etiraz edən nümayiçilərə qarşı polis həddən artıq güc tədbiq etmiş, nəticədə azı bir nəfər həlak olmuş, 300-dən çox adam isə yaralanmışdır.

Seçkilərdən sonra Azərbaycan höküməti 330-dan çox admı həbs edib. Onları əksəriyyəti Azərbaycanın müxalifət partiyalarının liderləri və üzvləridirlər. Həbs olunanlar arasında seçki protokollarının saxta olduğuna inanaraq onları imzalamaqdan imtina edən seçki məntəqələrinin üzvləri də olub.

Birləşmiş Ştatlarıın Qafqaz və Orta Asiyada sabitliyə nail olması, terrorizmə qarşı müharibədən qalıb çıxması qanunun aliliyinə sadiq olan demokratik ölkələrlə əlaqələrin saxlanılmasından keçir

2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkiləri zamanı fırıldaqçılıq və hədə-qorxu halları barədə etibarlı məlumatlar bu seçkilərin legitimliyini və İlham Əliyevin qələbəsini şübhə altına alır",-deyə düzəlişdə bildirilir.

Bunu nəzərə alaraq Konqres tələb edir:

1) ABŞ prezidenti və Dövlət Katibinə tövsiyyə edilir ki, seçki pozuntularını araşdırmaq üçün ATƏT-in və Avropa Şurasının iştirakı ilə müstəqil komissiyanın yaradılması və "əgər komissiyanın qərarı ilə lazım bilinərsə, təkrar seçkilərin keçirilməsi" üçün Azərbaycan hökumətinə təsir etsin.

2)Seçkilərdən sonra baş vermiş zorrakılıq pislənməli və tam və tərəfsiz qaydada arşdırılmalıdır.

3) Seçkilər zamanı cinayət əməlləri törədənlər, o cümlədən Azərbaycan polisi cavab verməyə çağırılmalıdır.

4) Hakimiyyət dinc şəkildə öz etirazını bildirən bütün müxalifətçiləri təxirə salınmadan azad etməlidir.

Senatın düzəlişində 1998-ci ildə Bakıda qətlə yetirlmiş Amerikalı vətəndaş, Beynəlxalq Respublikaçılar institunun əməkdaşı Con Elvisin qatillərinin tapılması üçün Amerika və Azəçrbaycan hökümətlərindən təxirəsalınmaz tədbirərin görülməsi tələb olunur.

XS
SM
MD
LG