Prezident Buş bu gün Kaliforniya ştatının yanğınlara məruz qalan cənub bölgələrində olub. Prezident San-Diyeqo şəhərində yanğınsöndürənlər və xiasetmə işçiləri ilə görüş keçirib, yanğının ziyan vurduğu bölgələrə vertolyotla səfər edib. Soyuq və yağmurlu hava yanğının yayılmasının qarşısının alınmasına böyük yardım edib. İndiyədək ölənlərin sayı 22, evlərindən didərgin düşənlərin sayı isə 2700-ə çatıb.