Accessibility links

Buş Yaxın Şərqdə islahatlara çağırır - 2003-11-06


Prezident Buş Demokratiyanın inkişafı fondunda institunda xarici siyasətin əsas istiqamətləri haqda çıxışında Yaxın Şərqdə demokratiya ilə bağlı fikirlərini ictimiayyətə çatdırıb. ABŞ prezidenti Yaxın Şərqdə demokratik ishalatlara çağıraraq deyib ki, Dəməşq və Tehran hökumətləri nəzərə almalıdırlar ki, hər bir xalqı gələcəyə aparan yol azadlıqdan keçir. Birləşmiş Ştatlar prezidenti bildirib ki, Yaxın Şərqdə demokratik oyanış gələcəkdə böyük dəyişikliklərin olacağını vəd edir. Cənab Buş Mərakeşdə yeni parlamentin yaradılmasını, Bəhreyndə seçkiləri, Qatarda yeni konstitusiyanın qəbul edilməsini. Yəməndə siyasi plüralizmi və İordaniyada tarixi seçkiləri məmnunluq hissi ilə qeyd etmişdir. Lakin Corc Buş qeyd etmişdir ki, Suriya və İranda repressiya davam etməkdədir. O, İran liderlərinə xəbərdarlıq etdi ki, ölkədə güclü və geniş demokratiya istəyini boğmaq onlara siyasi legitimliyin sual altına alınmasıyla başa gələ bilər. Əgər Tehran İran xalqının demokratiya tələbini nəzərə almasa, prezidentin qeyd etdiyi kimi, rejim legitimliyini itirmək təhlkükəsi altında qalacaq. Corc Buş habelə ABŞ-ın müttəfiqləri olan Səudiyyə Ərəbistanı və Misirdə ictimiayyətin hökumətdə geniş təmsil olunmasına çağırmışdır. Prezident Buş demişdir ki, Yaxın Şərqin mərkəzində azad İraqın qurulması qlobal demokratiya hərəkatında böyük bir mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Prezidentin bəyan etdiyi kimi, İraqda demokratiyanın baş tutmaması bütün dünyada terrorçuları ruhlandıra bilər. Birləşmiş Ştatlar prezidenti daha sonra Yaxın Şərq liderlərinə başqalarını güahlandımraqsa, real problemləri həll etməyə çağırdı.“Yaxın Şərqdə yaxşı və qabiliyyətli insanlar məsuliyyətli rəbərliyə layiqdirlər. Regiondakı adamların çoxu uzun müddətdir qurban və nəyinsə təsirinə məruz qalmış subyekt olublar. Onlar fəal vətəndaş olmağa layiqdirlər.” Corc Buşun dediyi kimi, regionda demokratiyanın mövcud olmamasına görə islamı günahlandırmaq lazım deyil. Bunun səbəbi qüsurlu siyasi və iqtisadi doktrinalara sadiqliklə bağlıdır. Prezident Buş əlavə etdi ki, islam demokratik idarə sistemilə bir araya gəlir, buna görə də Yaxın Şərqin müasirləşidirilməsi onun qərbləşdirilməsi demək deyil.

XS
SM
MD
LG