Accessibility links

İranın Milli Təhlükəsizlik idarəsinin başçısı ƏlBaradei ilə görüşə hazırlaşır - 2003-11-06


BMT-nin nəzdindəki atom agentliyinin başçısı Məhəmməd El Baradei İranın nüvə proqramını müzakirə etmək məqsədi ilə ölkənin yüksək səvliyyəli rəsmisi, İranın milli təhlükəsizlik şurasının başçısı Həsən Ruhani ilə görüş planlaşdırdığını bildirib. Şənbə günü üçün nəzərdə tutulan görüş barədə əlavə heç bir məlumat açıqlanmayıb. Beynəlxalq Atom Enerjisi Agentliyi bu ay İranın nüvə proqramı ilə əlaqədar hesabat dərc edəcək. İranın bu agentlikdəki səfiri bildirib ki, İran özünün nüvə müəssisələrinin xəbərdarlıq olmadan təftişinə imkan verilməsinə bu yaxınlarda formal razılıq verəcək. Birləşmiş Ştatlar İranı gizli şəkildə nüvə proqramını inkişaf etdirməkdə günahlandırır, lakin Tehran höküməti onun nüvə proqramının sülh xarakteri daşıdığını bildirir.

XS
SM
MD
LG