Accessibility links

Qırmızı Xaç İraqdakı ofislərini bağlayıb - 2003-11-08


Beynəlxalq Qırmızı Xaç cəmiyyəti İraqdakı əsas ofislərinin fəaliyyətini dayndırmaq qərarına gəlib. Cəmiyyətin bu qərarı koalisiya qüvvələrinin səhər tezdən həyata keçirdiyi reydlərdən bir neçə saat sonraya təsadüf edir.Qırmızı Xaç cəmiyyətinin nümayəndəsi İraqdakı vəziyyəti olduqca təhlükəli adlandıraraq, Bağdad və Bəsrədki iki idarəsinin bağlandığını elan edib. Xatırladaq ki, cəmiyyətin Bağddadakı baş qərargahı ötən ay intiharçı hücumuna məruz qalmış, bir neçə mülki vətəndaş və iki yardım işçisi həlak olmuşdu. Qırmızı Xaçın bildirdiyinə görə hadisədən sonra xarici işçilərin əksəriyyəti təxliyyə edilmişdi. Bu gün Fəculla şəhərində Birləşmiş Ştatların 82-ci Hava Diviziyasının iki əsgəri qətlə yetirilmişdi. Yol kənarına yerləşdirilən bomba partlayışı nəticəsində bir neçə əsgərin yaralandığı xəbər verilir. Səddam Hüseynin vətəni Kirkitda isə ABŞ qüvvələri zirehli maşınlar və tankların müşaiyəti ilə reyd təşkil edib. Reyd zamanı iki boş və silah anbarı olduğundan şübhələnilən evlər dağıdılıb. Reyd dünən Tikrit yaxınlığında 6 Amerika əsgərinin həlak olması ilə nəticələnən vertolyot hücumuna cavab mahiyyəti daşıyır.

XS
SM
MD
LG