Accessibility links

İran zənginləşdirilmiş uran proqramını dayandıracaq - 2003-11-09


İran BMT-nin nüvə agentliyinin tələbinə uyğun olaraq uranın zənginləşdirilməsi proqramını yaxın günlərdə dayandırqcaq. Bunu bu gün Tehranda İranın xarici işlər nazirliyinin mətbuat katibi Həmid Rza Asəfi elan edib. Şənbə günü Beynəlxalq Atom Enerjisi agentliyinin başçısı Məhəmməd ƏlBaradei bildirmişdir ki, İran həmçinin əvvələcədən elan olunmadan nüvə obyektlərinin yoxlanışına icazə verib. Bir həftə əvvəl İran zənginləşdirilmiş uranı proqramını dayandırmağa və geniş təftişə imkan verməyə razı olsa da, hələlik bunu etməyib.

XS
SM
MD
LG