Yeni terror hücumları gözləyən Səudiyyə Ərəbistanının rəsmi nümayəndələri müqəddəs Məkkə şəhərində və paytaxt Ər-Riyaddakı diplomatik binaların ətrafında təhlükəsizliyi gücləndiriblər. Səudiyə və ABŞ rəsmiləri şənbə günü 17 adamın həyatına son qoymuş hücumun Əl-Qaidə şəbəkəsi tərəfindən təşkil edildiyinə inandıqlarını bildiriblər. Ər-Riyaddakı ABŞ səfirliyi və digər şəhərlərdəki konsulluqlar bu gün də ictimayyət üçün bağlı olub.