Accessibility links

Hikmətyar xəbərdarlıqla çıxış edir - 2003-11-11


Əfqanıstanın rəqib komandiri Gülbüddin Hikmətyarın bildirdiyinə görə müvəqqəti hökumət və koalisiya müttəfiqlərinə qarşı zorakılıqlar taleban rejiminin devrilməsindən iki il sonra ciddi bir mərhələyə daxil olub.Dünən yerli mediaya göndərilən yazılı bəyanatda Gülbüddin Hikmətyar Əfqanıstanın müvəqqəti hökumətini Amerikanın marionetkası adlandırmış, yeni konstitusyanın qəbulu cəhdlərini mənasız bir hərəkət kimi qiymətləndirmişdir. Taleban rejimindən əvvəl ölkənin baş naziri olmuş Hikmətyar hazırda Taleban rejiminin qalıqları ilə əlbir olub, hazırkı hökumətə qarşı mübarizə aparır. Xatırladaq ki, Birləşmiş Ştatlar Hikmətyara terrorist adı vermişdir. Müşahidəçilərin həqiqi hesab etdikləri bu bəyanatda Əfqansıtanda sülhməramlı missiyalarını genişləndirmək istəyən dövlətlərə də xəbərdarlıq verilir. Hikmətyarın göndərişi talebanların əfqan və Amerika qüvvələrinə məğlub olmasının ikinci ildönümünə hazırlıq getdiyi vaxta təsadüf edir. Bütün bu müddət ərzində Taleban və Hikmətyar, habelə Əl qaidə terrorist təşkilatına sadiq qüvvələr hücumların ıdavam etdiriblər.

XS
SM
MD
LG