Accessibility links

Fələstinin yeni kabineti təsdiq edildi - 2003-11-12


Fələstin prezidenti Yasir Ərafat və baş nazir Əhməd Quriya arasında təhlükəsizlik qüvvələrinə kimin nəzarət edəcəyi ilə bağlı qeyri-müəyyənlik və hakimiyyət uğrunda həftələrlə davam edən mübahisələrdən sonra Fələstin Muxtar İdarəsinin Baş naziri Əhməd Quriya olmaqla yeni kabineti təsdiq olundu. İsrailin baş naziri Ariel Şaron və onun fələstinli həmkarı Əhməd Quriya atəşkəs və sülh danışıqlarının bərpası yollarını nəzərdən keçirirlər. İsrail Əhməd Quriyaya Fələstin silahlı qruplarının hücumlarının qarşısını alması üçün vaxt verməyi planlaşdırır. Bu plana əsasən İsrail İordan çayı və Qəzza bölgəsinə qarşı hərbi əməliyyatlarını dayandırmalıdır. İsrail kamikadze hücumları da daxil edilməklə, Fələstin qruplaşmalarının terorçu planlarına mane olunması naminə reydlərini dayandırmağa hazırdır. İsrail rəsmiləri bildirirlər ki, bu siyasət müxtəlif qruplarla danışıqlara hazırlaşan cənab Quriyanın mövqeyini gücləndirmək məqsədi daşıyır. Atəşkəs əldə edilməklə baş nazir Quriya və İsrail lideri Ariel Şaron arasında danışıqlar təşkil edilməsi də qarşıya məqsəd qoyulub. Fələstin və İrailin bə’zi qanunvericiləri Fələstinin yeni hökumətinin tərkibindən razı deyillər. Bunun səbəbi isə köhnə kabinetin əksər üzvlərinin saxlanılması və təhlükəsizlik qüvvələrinin nəzarətinin Yasir Ərafata verilməsidir.

XS
SM
MD
LG