Accessibility links

Gürcüstanda qarşıdurma davam edir - 2003-11-12


Gürcüstanda prezident Eduard Şevarnadze və onun oponentləri arasında gərgin qarşıdurma davam edir. Müxalifət prezidentin istefasını tələb edir. Daxili İşlər Nazirliyi qoşunları paytaxt Tbilisinin küçələrində keşik çəkirlər. Minlərlə nümayişçinin parlament qarşısında mübahisəli seçki nəticələrinə etiraz aksiyası artıq beşinci gündür ki, davam edir. Gürcüstanın siyasi müxalifətinin dörd üzvü isə açlıq aksiyasına başlayıb. Məhkəmələrdə səsvermə pozuntuları ilə bağlı işlərə baxılmasına imkan yaradılması üçün noyabrın ikisi keçirilən seçkilərindən sonra səslərin sayılması müvvəqəti dayandırılmışdır.

XS
SM
MD
LG