Accessibility links

Iraq nümayəndələri İrandadır - 2003-11-17


İraqın idarəedici şurasının nümayəndə heyəti rəsmi səfərlə Tehrandadır. Nümayəndə heyətini qarşılayan İranın xarici işlər naziri Kəmal Xərrazi deyib ki, ölkəsi nümayəndə heyətinin Tehrana iki günlük rəsmi səfərini ölkələr arasındakı münasibətlərin yaxşılaşmasına yardım edəcəyinə ümid bəsləyir. İran İraqda xalq tərəfindən idarə olunan azad və müstəqil bir hökumətin tezliklə təşkilini arzu edir-deyə o bildirib.İki ölkənin nümayəndələri müharibə vaxtı İraqın neftayırma zavodlarının dağılması səbəbi ilə İraqın xam neftinin İranda təmizlənməsi məsələsini də müzakirə edəcəklər. Neft sənayesi əsas iqtisadi sahələrindən olan İraqın nümayəndə heyəti danışıqlarında İranın İraqa enerji ləvazımatının ixracı məsələsini də qaldıracaq. İraqın nümayəndə heyəti həftə sonu Türkiyəyə səfər edəcək.

XS
SM
MD
LG