Accessibility links

Əfqanıstanda 6 mülki vətəndaş həlak olub - 2003-11-17


Əfqanıstan rəsmiləri şənbə günü Birləşmiş Ştatların bir hərbi təyyarəsinin Paktiya vilayətinin Barmal mahalını bombardman etməsi nəticəsində 6 mülki vətəndaşın həlak olduğunu bildirirlər. Əfqanıstan rəsmiləri Taleban rejiminə sadiq qüvvələr və Əl-Qaidə terror şəbəkəsinin Pakistanda bazaları olduğunu və həmin bazalardan Əfqanıstana qarşı hücumlar təşkil etdiklərini dəfələrlə bəyan ediblər. Pakistan hökuməti isə bu ittihamları təkzib edir. Bu arada Əfqanıstandakı Amerika hərbi qüvvələrinin nümayəndəsi Amerika və əfqan hərbi qüvvələrinin son 10 gün ərzində Nuristan və Kunar vilayətlərində 100 ədəd yüngül raket, 100 ədəd minomyot və digər hərbi təchizat aşkar edildiyini bildirib. Son həftələr Taleban və Əl-Qaidə yaraqlıları Əfqanıstandakı koalisiya qüvvələri, yerli hökumət və əfqan xalqına humanitar yardım göstərən işçilərə qarşı hücumlarını artırmışlar.

XS
SM
MD
LG