Accessibility links

Prezident Buş rəsmi dövlət səfərilə Britaniyaya yola düşdü - 2003-11-18


Kraliça Yelizavetanın qonağı olan ABŞ prezidentinin Britaniya rəsmilərilə görüşləriniN diqqət mərkəzində İraq məsələsi olacaq. Londonda və Britaniyanın digər şəhərlərində isə minlərlə insanın Birləşmiş Ştatların İraqı işğal etməsinə etiraz edəcəyi gözlənilir. Prezident Buşu şahzadə Çarlz qarşılayacaq və ABŞ prezidenti hava limanından Bukinqem sarayına yollanacaq. Cənab Buş baş nazir Toni Bleyerlə İraqda hakimiyyətin müvəqqəti hökuməyə keçidi məsələsini müzakirə edəcək. London polisi isə Amerika prezidentinin bu gün başplayıb cümə gününə qədər davam edəcək rəsmi dövlət səfəri zamanı təhlükəsizlik tədbirlərini güclənidirib. 14 min Britaniya polis işçisi zəfər zamanı iş başında olacaq. Bu arada, London küçələrində 100 minə qədər müharibə əleyhinə etir edən nümayişçinin olacağı gözlənilir. Nümayişçilər Vestminster körpüsülə Britaniya parlamentinin binası önündən keçməyi planlaşdırırlar. Prezident Buşun səfəri ərəfəsində Amerikanın anti-terror mübarizəsi və İraq müharibəsində ən yaxın müttəfiqi olan Britaniyanın baş nazir Bleyer indi geri çəkilmək deyil, ABŞ-ın terrorizmə qarşı mübarizəsində onunla daha möhkəm dayanmaq vaxtı olduğunu söyləmişdir.

XS
SM
MD
LG