Accessibility links

Polis İstanbul məhkəməsinə hücüm etmiş PKK üzvlərini həbs etdi - 2003-11-18


Türkiyə polisi İstanbul şəhər məhkəməsində kürd yaraqlılarının lideri Abdulla Ocalanın üç hakimi girov saxlayan tərəfdarlarının yaratdığı qarşıduramaya son qoymaq üçün məhkəmə binasına hücum təşkil etmişdir. Məhkəmə saat yarım Ocalan tərəfardarlarının nəzarəti altında olmuşdur. Əməliyyat nəticəsində yaralanan olmayıb, girovlar azad edilib, polis 20-dən çox adamı həbs edib. Kürd nümayişçilər İstanbulun mərkəzində yerləşən baş şəhər məhkəməsinə doğru irəliləyərək həbsdə olan liderləri Abdulla Ocalana dəstək nümayiş etdirmişlər. Nümayişçilərin əlində böyük plakatın olduğu və onların şüarlar bağırdığı deyilir. Qrup Ocalanın azad edilməsini və onun 1999-cu ildə həbs edildikdən sonra tək adamlıq kamerada saxlandığı həbsxananın bağlanmasını tələb etmişdir. Abdulla Ocalan 1999-cu ildə ələ keçirilmiş və dövlətə xəyanət və PKK silahlı qrupunun kürd dövləti yaratmaq üçün 15 illik mübarizəsinə başçılıq etmək ittihamları ilə ölüm cəzasına məhkum edilmişdi. Sonradan ölüm hökmü ömürluk həbs cəzası ilə əvəz edilmişdi. 1999-cu ilin sentyabrında Ocalan kürd dövlətini yaratmaq tələbindən əl çəkdiyini elan etdikdən sonra PKK birtərəfli qaydada atəşkəs elan etmiş və İraqın şimalında kürdlərin nəzarəti altında olan ərazilərə çəkilmişdi. PKK sonradan adını dəyişib Kürd Xalq Konqresi olmuş və bu ayın əvvəli kürdlərin hüquqlarının dinc yolla mübarizəsi işini davam etdirəcəyini bildirərək buraxıldığını elan etmişdir. Laki İraqın şimalındakı yaraqlı liderlər beş min silahlıdan ibarət hərbi birləşmələri olduğunu və başqa adla müstəqil olaraq fəaliyyət göstərəcəklərini elan etmişdilər.

XS
SM
MD
LG