Accessibility links

Rusiya prezidenti İordaniya kralı ilə görüşür - 2003-11-19


Rusiya prezidenti Vladimir Putin və İordaniya kralı Abdulla Yaxın Şərqdə sülh prosesinin canlandırılması yollarının müzakirəsi məqsədi ilə görüş keçirmişlər. Rusiya və İordaniyanın rəsmiləri bildirirlər ki, Yaxın Şərgdə Yol Xəritəsi sülh planına alternativ yoxdur. Yol Xəritəsi 2005-ci ildə Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan plan Birləşmiş Ştatlar, BMT, Avropa Birliyi və Rusiya tərəfindən dəstəklənir, lakin zorakılıqların davam etməsi planın həyata tətbiqinə mane olur. Bu gün Kremldəki görüşdə Prezident Putin və Kral Abdulla İsrail və Fələstinin sülh danışıqlarının bərpası məsələsini müzakirə edirlər. Bu ayın əvvəlləri İsrailin baş naziri Ariel Şaronun Rusiyada rəsmi səfərdə olarkən Moskvanı Yol Xəritəsi planının BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsi şəklinə salınması səylərindən əl çəkməyə razı salmağa çalışmışdı. Prezident Putin və Kral Abdullanın eləcə də İraqdakı son inkişaflar, habelə ikitərəfli ticarət və regional təhlükəsizlik məsələlərini də müzakirə edəcəkləri gözlənilir.

XS
SM
MD
LG