Prezident Buş və Britaniyanın baş naziri Toni Bleyer İstanbuldakı son terror hücumlarını pisləyiblər. Türkiyədəki britaniya obyektlərinə qarşı hücumlar prezident Buşun baş nazir Bleyerlə London görüşündən bir neçə saat qabaq baş verib. Cənab Bleyer partlayışları “şeytan əməli” adlandıraraq, terrorçulara heç bir güzəştin edilməyəcəyini bildirib.Prezident Buş onunla razılaşaraq bildirib ki, İstanbuldakı son partlayışlar terror təhlükəsinin əsl mahiyyətini nümayiş etdirdi. Biz onların günahsız insan həyatına nifrətinin, həqarətinin şahidiyik. Onlar azadlığa nifrət edirlər. Onlar azad ölkələrə nifrət edirlər-deyə prezident bildirib. Cənab Buş bəyan etdi ki, ABŞ və Böyük Britaniya kədərdə də, terrorizmi məğlub etmək üçün bütün cəbhələrdəki mübarizədə də birdirlər.