Accessibility links

Hindistanda zorakılıqlar davam edir - 2003-11-22


Hindistan rəsmilərinin bildirdiyinə görə Bihar və Assam ştatlarında 11 mühacir fəhlə qətlə yetirilib, digər ikisi isə yaralanıb. Polis fəhlələrin yaraqlılar tərəfindən atəşə tutulduğunu bildirib. Bu hücumlar son iki həftə ərzində regionda 42 adamın ölümünə yol açan etnik zorakılıqlardan sonra həyata keçirilir. Qurbanların əksəriyyətinin hindidillilər olduğu bildirilir. Hücumlara görə fəaliyyəti qadağan edilmiş Asom Azadlıq Birliyi günahlandırılır.

XS
SM
MD
LG