Yaponiyanın müdafiə naziri general Şiqeru İşiba bildirib ki, risklərə və təhlükəsizliklə bağlı vəziyyətə baxmayaraq, Yaponiya İraqa hərbi qüvvə göndərməlidir. Nazirin bildirdiyinə görə, Tokioya hücumlar təhlükəsi Yaponiyanı qorxuda bilməz. Cənab İşibanın açıqlamaları Əl-Qaidənin terror şəbəkəsinin Yaponiya ABŞ-ın başçılıq etdiyi koalisiyaya yardımı davam etdirsə, ölkəyə qarşı hücum edə biləcəyi hədəsinə cavab olaraq vermişdir. Şiqeru İşiba xəbərdarlıq etmişdir ki, Yaponiya İraqa hərbi qüvvə göndərməsə, ölkə təhlükə qaşrşısında geri çəkilmiş kimi görünə bilər. Onun sözlərinə görə, fəaliyyət göstərməmək Şimali Koreyanı aqressiyaya təhrik edə bilər.