Birləşmiş Ştatlar prezidenti Corc Buş Ramazan bayramının birməsi münasibətilə dünya müsəlmanlarına təbrik müraciəti edib. Prezidentin mesajında deyilir: Bu bayram günü müsəlman ilinin ən müqəddəs ayı olan Ramazan ayının bitməsi qeyd edilir. İd-əl-fitr dirçəlmiş inama xeyir-dua verdiyi üçün Allaha şükr etmək, xeyriyyəçiliklə məşğul olmaq, ailə üzvləri və dostlarla ənənəvi təamlar və xoş arzuları bölüşdürmək vaxtıdır. İslam öz davamçılarını ədalət, mərhəmət və şəxsi məsuliyyətə əsaslanan bir yaşam tərzinə aparan dindir. Bu məsud günlər mən bütün dinlərə ibadət edən insanları ailəyə məhəbbət, Allaha şükr etmək, din azadlığına sadiq qalmaq və xalqımızın gücünü artıran müxtəlifliliyə hörmək etmək kimi bölüşdüyümüz dəyərlər haqda düşünməyə çağırıram. Sülh və qarşılıqlı anlaşmaya nail olmaq üçün bir yerdə çalışaraq biz hamı üçün gələcək ümid və mərhəmət yaratmış oluruq. Lora bu mübarək bayramda mənim bütün arzularıma şərik olur. Bayramınız mübarək.
Corc VV. Buş