Cənubi Koreyanın müxalif qanunvericiləri prezident Roh Mu Hyunun vetosuna etiraz əlaməti olaraq istefa vermişlər. Qeyd edək ki, prezident onun yaxın yardımçılarının korrupsiya ittihamları ilə bağlı xusisi prokuror təyin edilməsi qərarına veto qoymuşdur. Böyük Milliyyət partiyasından olan 149 qanunverici partiya sədrinə istefaları ilə bağlı ərizələrini təqdim etmiş, parlamentə boykot elan etmişlər. Partiya lideri prezident vetosunu geri çəkməyincə, aclıq tətilində olacağını demişdir. Prezidentin nümayəndısinin bildirdiyinə görə cənab Hyu vetonu yardımçılarının Cənubi Koreyanın nəhəng sənaye şirkətləri birliyindən rüşvət aldığı iddiası ilə bağlı istintaq işinin artıq aparıldığına görə qoymuşdur.