Accessibility links

BAEA Iranla bağlı qətnamə qəbul etdi - 2003-11-26


Beynəlxalq Atom Enerjisi Agentliyi Tehranı 18 il ərzində nüvə proramını gizlətdiyinə görə məhkum edən qətnamə qəbul edib. Qətnamədə İranın keçmiş nüvə fəaliyyətləri, xüsusilə uranın zənginləşdirilməsi və nüvə silahları üçün istifadə edilən plutonium proqramları üzərində işlədiyini gizlətdiyinə görə dərin təəssüf bildirilir. Beynəlxalq Atom Enerjisi Agentliyiinin 35 üzvdən ibarət idarə heyəti bu yaxınlarda İranın beynəlxalq ictimaiyyət ilə əməkdaşlıq edəcəyi və nüvə qurğularının agentliyin müfəttişləri tərəfindən yoxlanışına razılıq verdiyini alqışlamışdı. Qətnamədə mümkün sanksiyalar üçün məsələnin BMT-nin Təhlükəsizlik Şurasına göndərilməsi haqda heç nə deyilmir. Lakin sənəddə İran gələcəkdə ciddi yanlışlıqlara yol versə, BMT-nin Təhlükəszlik Şurasının müdaxiləsi də daxil edilməklə, heyətin ciddi ölçülər götürəcəyi barədə xəbərdarlıq verilir. Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Məhəmməd Əl-Bəradeyi Vyanada keçirdiyi mətbuat konfransında qətnaməni “sülh üçün yaxşı bir gün” adlandırıb. İran keçmişdə yol verdiyi səhvlərin BMT-nin Təhlükəsizlik Şurası qarşısına çıxarılmamasını alqışlayaraq, qətnaməni Tehranın nailiyyəti adlandırmışdır.

XS
SM
MD
LG