Accessibility links

Prezident Buş İraqa gözlənilməz gizli səfər etdi  - 2003-11-27


Prezident Buş Amerika hərbi qüvvələrinə təşəkkürünü bildirmək üçün İraqa gizli səfər edib. Səfər təhlükəsizliklə bağlı səbəblərə görə əvvəlcəndən elan edilməmişdir. Əslində, Ağ Ev ictimiayyətə prezidentin bu gün Şükran bayramını ailə üzvlərilə Texasdakı rançosunda keçirəcəyini bildirmişdi. Lakin çərşənbə axşamı gecə prezident müşavirləri və səfər bitənə qədər bunu gizli saxlmağa razı olan kiçik müxbirlər qrupu ilə Bağdada yola düşmüşdür. Corc Buş Amerika əsgərləri və rəsmilərilə Şükran bayramı münasibətilə hazırlanmış naharda iştirak etmiş və 7 saatlıq qısa səfərdən sonra Bağdadı tərk etmişdir.

XS
SM
MD
LG