Gürcüstanda Prezident Şevarnadzenin istefasından sonra hökümətdə dəyişiklər davam edir. Gürcüstanın xarici işlər naziri İrakli Menaqaraşvili bu gün istefa verib. Rəsmi şəxslər bildirirlər ki, Şevarnadzenin yaxın müttəfiqi olan cənab Menaqaraşvilinin yerini xarici işlər nazirnin müavini Merab Antadze tutub. Seçki komissiyasının başçısı Nina Devdariani də bu gün istefa verib. Xanım Devdariani Noyabrın 2-i parlament seçkilərinin keçirilməsi ilə bağlı kəskin tənqid olunurdu.