Accessibility links

Buşun səfəri necə gizli saxlandı - 2003-11-28


Ağ Evin rəsmiləri deyirlər ki, əgər prezidentin Bağdada səfəri haqda məlumat sızılsaydı, prezidetin təyyarəsi İraqa yetişməmiş geri döndəriləcəkdi. ABŞ rəsmiləri cənab Buşun səfərinin gizli qala bilməsi üçün uzun müddət iş aparmışlar. Prezident beysbol papağı geyərək Texasdakı rançosunu heç bir işarəsi olmayan avtomobildə tərk etmişdir. Milli təhlükəsizlik məsələləri üzrə müşavir Kondoliza Rays da eynilə beysbol papağı geyərək prezidenti müşayət etmişdir.

Fotoqraflar və müxbirlər səfər haqda son dəqiqə məlumat almışlar. Bəzilərinə hazır olmaq üçün cəmi bir neçə dəqiqə vaxt verilmişdir. Cənab Buşun təyyarəsi Bağdadda enərkən kabina işıqları keçirilmiş, pəncərələrin pərdələri bağlanmışdı. Prezident pilotun kabinasında olmuş və pilotun təyyarəni endirməsini müşahidə etmişdir. Britaniya hava yollarının pilotu İraqa uçan təyyarəni görüb radio vasitəsilə Hərbi hava qüvvələrinin bir nömrəli təyyarəsi-prezidentin təyyarəsini gördüyünü xəbər vermişdir. Buna Hərbi hava qüvvələrinin pilotu cavab vermişdir ki, bu. başqa təyyarədir.

XS
SM
MD
LG