Accessibility links

İstambul hücumlarını planlaşdıran şəxs həbs edilib - 2003-11-29


Türkiyə polisinin bildirdiyinə görə İstambul hücumlarına göstəriş verdiyindən şübhələnilən şəxs həbs edilib. Şübhəlinin kimliyini açıqlamaqdan imtina edən polis onun İran sərhədlərini keçməyə cəhd etdiyi vaxt nəzarət altına alındığını bildirib. İstambulun polis idarəsinin rəis müavini Halil Yılmaz cərşənbə axşamı ələ keçirilən şübhəlinin Bet İsrael sinaqoquna qarşı intihar hücumunu planlaşdırdığı və onun noyabr ayının 15-i həyata keçirilməsinə göstəriş verdiyini deyib. Cənab Yılmazın bildirdiyinə görə bu gün səhər hadisə yerinə aparılan şübhəli hücumun necə həyata keçirildiyinin təfərrüatını açıqlayıb. Türkiyənin NTV özəl tele-şirkəti əlləri qandallı, saqqallı, iyirmi yaşlarında olan bu şəxsi nümayiş etdirib. Qeyd edək ki, bu həbs polisin 4 kamikadze hücumu ilə bağlı istintaqının nəticəsidir. Xatırladaq ki, hücumlardan ikisi eyni vaxtda noyabrın 15-i iki sinaqoqa, 5 gün sonra isə Britaniya bankı və konsulluğuna qarşı edilmişdi. 4-ü də İstambulda həyata keçirilən bu hücumlar 61 adamın ölümü, 700-dən artıq insanın yaralanması ilə nəticələnmişdi. Əl-Qaidə terror qrupu hücumların məsuliyyətini daşıdığını elan etmişdir.Türkiyənin daxili işlər naziri Əbdül Kadir Aksu istintaq zamanı hücumların təşkilinə xaricdən müdaxilə edildiyinə dair heç bir dəlil əldə edilmədiyini bildirmişdir. İntiharçıların etnik kürdlər olduğu müəyyən edilmişdir. Onların Türkiyənin səlahiyyətli nümayəndələrinin dediyinə görə İranın dəstəklədiyi islamçı Hezbullah qrupu ilə əlaqəsi olduğuna inanılır. İstambul hücumları ilə əlaqədar 20 adam nəzarət altındadır. İstintaq Birləşmiş Ştatlar və İsrailin təhlükəsizlik xidmətlərinin yardımı ilə aparılır.

XS
SM
MD
LG