Accessibility links

QIÇS-lə mübarizə kampaniyası davam edir - 2003-11-30


Bu gün beynəxlaq musiqi dünyasının ulduzları Cənubi Afrika Respublikasının Keyp-Taun şəhərində qala konsert təşkil ediblər. Konsertdən alınan gəlir QİÇS xəstəliyi ilə mübarizəyə sərf ediləcək. Cənubi Afrikanın sabiq prezidenti Nelson Mandelanın iştirak etdiyi konsert radio, televiziya və intenet vasitəsi ilə milyonlarla dinləyicini cəlb edib. Konsert 46664 adlanan QİÇS-lə mübarizədə yeni kampaniyanın bir hissəsidir. Qeyd edək ki, bu nömrə həyatının 27 ilini həbdsdə keçirən və hazırda QİÇS əleyhinə fəal mübarizlərdən biri olan Nelson Mandelanın məhbus nömrəsidir.

XS
SM
MD
LG