Accessibility links

Gürcüstanın yeni hökuməti parlamentdə dəyişikliklər edir - 2003-11-30


Gürcüstanın yeni hökuməti keçmiş prezident Eduard Şevarnadzenin istefasından bir həftə sonra xarici işlər naziri və mərkəzi seçki komissiyasına sədr tə’yin edib. Bu gün çağırılmış xüsusi iclasda Milli Təhlükəsizlik İdarəsinin keçmiş başçısı Tedo Caparidze xarici işlər naziri, Zurab Çiabereşvili isə Mərkəzi Seçki Komissiyasının sədri təyin edilib. Qanunvericilər qarşısında çıxış edən Zurab Caparidze diqqətini əsasən Gürcüstan-Rusiya münasibətlərinin inkişafına yönəldəcəyini deyib. Cənab Çiabereşvili noyabrın 2-i seçkilərində saxtakarlıqları ifşa edən qeyri-hökumət-Ədalətli Seçkilər Təşkilatına başçılıq edirdi.

XS
SM
MD
LG