Birləşmiş Ştatların hərbi qüvvələri İraqın şimalındakı Kərkuk şəhəri ətrafında genişmiqyaslı əməliyyat həyata keçirirlər. İraqlı rəsmi şəxs müxbirlərə bildirib ki, bu əməliyyat Səddam Hüseynin müavini, İzzət İbrahim Əl-Durinin zərərsizləşdirilməsi məqsədi ilə aparılır. Bu arada ABŞ-ın hərbi şəxsləri Əl-Durinin ələ keçməsi barədə xəbərləri təkzib etmişdir. Əl-Duri Səddam Hüseyndən sonra keçmiş rejimin üzvləri arasında axtarışda olan ikinci yüksək vəzifəli şəxsdir. Səmarra şəhəri yaxınlığında yolun kənarına qoyulmuş bombanın partlaması nəticəsində bir amerika əsgəri qətlə yetirilib.