Accessibility links

Serb generalı həbsə məhkum edilib - 2003-12-05


Haaqanın müharibə cinayətləri üzrə tribunalı serb generalı Stanislav Galici 20 il həbsə məhkum edib. Tribunal onun 1992-ci Sarayevonun mühasirəsi vaxtı hərbiçilərə mülki adamlarıa atəş açma və şəhərin izdihamlı yerlərini top atəşinə tutma əmri verdiyindç ittiham edib. 1994-cü ildə Sarayevoda 64 adamın həlak olması ilə nəticələnən atəş də bu hücumların siyahısına daxildir. Galicin vəkilləri isə onun mülki adamları hədəf aldığına dair dəlil olmadığını irəli sürüblər. 44 ay Sarayevo mühasirəsi nəticəsində 1500-i uşaq olmaqla, 12 000 adam həlak olmuşdu.

XS
SM
MD
LG