Accessibility links

Bağdadda daha bir Amerika əsgəri həlak olub - 2003-12-05


Baqdadda güclü bomba partlayışı nəticəsində bir Amerika əsgəri və azı 4 iraqlı həlak olub. Bomba partlayışı paytaxtın cənub-şərqində Yeni Bağdad məhəlləsindəki məscidin təxminən 200 metrliyində baş verib. Xəsarət alanların çoxu Birləşmiş Ştatlar hərbi maşın karvanının yaxınlığında dayanan İraq mikroavtobusunun sərnişinləridir. Hücum nəticəsində 15 iraqlı və iki Amerika əsgəri yaralanmışdır. Hadisənin şahidi olmuş dükan sahibi Rasim İbrahim sözlərinə görə bomba partlayışı nəticəsində Amerika maşınının sürücüsü dərhal həlak olmuşdu.Partlayış Birləşmiş Ştatların müdafiə naziri Donald Rumsfildin Baqdada edəcəyi səfəri ərəfəsində baş verib.

XS
SM
MD
LG