Accessibility links

Putin: Partlayış parlament seçkilərinə maneədir - 2003-12-06


Rusiyanın prezidenti Vladimir Putin deyib ki, Çeçenistan yaxınlığında qatarda törədilən bomba partlayışının məqsədi bazar günü keçiriləcək parlament seçkilərinə mane olmaqdır. Rəsmi xəbərlərə görə partlayış nəticəsində ölənlərin sayının 42, yaralananların sayının 200-dən çox olduğu bildirilir. Partlayışın Çeçenistana yaxın ərazidə baş verildiyi deyilir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin başçısı deyib ki, bu hücumu üç qadın və bir kişi həyata kecirmişdir. Onlardan ikisi hücumdan əvvəl qatarın vaqonundan tullanmış, qalanları isə hücuma nəzarət etmişlər. Cənab Putin Rusiya Təhlükəsizlik Xidmətinin başçısı ilə görüşündə günahkarların tapılıb cəzalandırılmasında dövlətin əlindən gələni edəcəyinə söz vermişdir. Bu partlayışın məsuliyyətini öz üzərinə götürən olmasa da Rusiya rəsmiləri çeçenlərdən şübhələnildiyini deyirlər. Üsyançılar bu hücumda əlləri olduğunu danırlar. Xatırladaq ki, bu partlayış Moskvadan 1200 kilometr cənubda, Kislovodsk-Minvod dəmir yolunda baş verib.

XS
SM
MD
LG