Accessibility links

Çinin baş naziri ABŞ-a gəlir - 2003-12-07


Çinin baş naziri Ven Jiabao Birləşmiş Ştatların prezidenti və digər rəsmi şəxslərlə görüşmək üçün Vaşinqtona gəlir. Tayvan, Şimali Koreyanın silah proqramı və beynəlxalq ticarət kimi məsələlər danışıqların diqqət mərkəzində olacaq. Cənab Ven çərşənbə axşamı Ağ Evdə prezident Buşla görüşəcək. Çin rəsmisinin sözlərinə görə, Tayvan məsələsi gündəlikda duran ən mühüm və həssas məsələdir. Çin Tayvanın mart ayında Tayvana tuşlanmış yüzlərlə Çin raketinin yığışdırılmasını tələb edən referendum keçirilməsi planlarını pisləmişdir. Çin Tayvanı separatçı bölgə hesab edir.

XS
SM
MD
LG