Accessibility links

Amerika generalı İraqda hücumların artacağını deyir  - 2003-12-07


Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin başçısı general-leytenant Rikardo Sançes ölkədə hakimiyyətin keçidi vaxtı yaxınlaşdıqca zorakılıqların artacağı ehtimalını irəli sürür. General-leytenantın bildirdiyinə görə, hakimiyyətin Birləşmiş Ştatlardan İraqın müvəqqəti hökumətinə keçidi prosesinə mane olmaq məqsədilə üsyançılar ölkədə iqtisadi və siyasi obyektlərə hücum edə bilərlər. Keçid planı may ayında ölkə miqyasında bir sıra yığıncaqlarda iraqlıların müxtəlif təbəqələrindən seçilmiş müvəqqəti hökumətin yaradılmasına çağırılır. Yeni hökumətin iyul ayının birində hakimiyhəti öz əlinə alacağı gözlənilir. Bu arada, Mosul şəhərində yol kənarında yerləşidirilmiş bombanın parlaması nəticəsində bir Amerika əsgərinin öldüyü, iki əsgərin yaralandığı xəbər verilir.

XS
SM
MD
LG